Maşın 13 yaşlı yeniyetməni vurdu

17:45 23.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mingəçevirdə maşın 13 yaşlı piyadanı vurub.

Hafta.az-ın məlumatına görə, hadisə Energetiklər yaşayış massivi ərazisində baş verib.

Belə ki, İkram Yusifov idarə etdiyi "VAZ -21015" markalı avtomobillə 2012-ci il təvəllüdlü Yusif Rüstəmovu vurub. Müxtəlif bədən xəsarətləri alan yeniyetmə hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.